logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Bəhrəm İmranov və başqalarından, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

28 may 2019, 12:25

Möhtərəm cənab Prezident.

Gəncə şəhər ərazisində Gəncəçay çayı üzərində olan körpülərin bərpası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 6,4 milyon manat ayrılması barədə Sərəncamınıza görə Sizə şəhərimizin sakinləri adından minnətdarlığımızı bildiririk.

Sizin diqqətiniz sayəsində şəhərimizin çiçəklənməsi, sosial-iqtisadi inkişafı, yeni salınmış yaşayış massivlərinin abadlaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmiş və bu istiqamətdə işlər davam etdirilməkdədir. Bütün bunlar bizi qəlbən fərəhləndirir. Gəncəyə ayrılan vəsaitlər həm də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir.

Cənab Prezident, Gəncəyə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə bir daha Sizə təşəkkürümüzü bildirir, “çox sağ olun” deyirik.

Hörmətlə,

İmranov Bəhrəm Əşrəf oğlu,

Əliyeva Fəridə Əhməd qızı,

Mehdizadə Nəbi Zeynal oğlu,

Məmmədova Yavər Rafiq qızı,

Heydərova Xanım Firuz qızı və başqaları (cəmi 24 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi