Rahib Abdullayev və başqalarından, Ucar, Azərbaycan


27 may 2019, 16:30
Hörmətli cənab Prezident.
Biz, Ucar rayonunun sakinləri Sizin dəstəyiniz və köməyiniz sayəsində ailəmizin sosial rifahını yaxşılaşdırmaq üçün öz ailə təsərrüfatlarımızın əsasını qoymuşuq. Ötən il özünüməşğulluq proqramına cəlb olunmuşuq. Təqdim etdiyimiz biznes layihə qəbul olundu, maldarlıq, qoyunçuluq və arıçılıq sahələri üzrə aktivlər istifadəmizə verildi. Bu proqram sayəsində ailəmizin normal yaşayışını təmin edir və təsərrüfatlarımızı genişləndiririk. İnanırıq ki, rayonumuzda kənd təsərrüfatının inkişafına öz töhfəmizi verəcəyik.
Cənab Prezident, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün göstərdiyiniz köməyə və verdiyiniz dəstəyə görə Sizə minnətdarıq.
Abdullayev Rahib Hüseyn oğlu
Xəlilov İman Osman oğlu
Abdullayev Natiq Nuru oğlu
Həsənov Qorxmaz Şahlar oğlu və başqaları (Cəmi : 14 nəfər).
Azərbaycan Respublikası, Ucar rayonu.