21:22

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 11-ci, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 3, maddə 144, № 7, maddə 602; 2009, № 7, maddə 517; 2011, № 1, maddə 11; 2013, № 12, maddə 1470; 2014, № 7, maddələr 771, 779; 2015, № 11, maddə 1263; 2016, № 3, maddə 410, № 6, maddə 976; 2017, № 7, maddələr 1286, 1294, № 12 (I kitab), maddə 2221; 2018, № 7 (I kitab), maddə 1392; 2019, № 1, maddələr 19, 33, 50) aşağıdakı dəyişikliklər edilsin:
1.1. aşağıdakı məzmunda 37.2.1-1-ci maddə əlavə edilsin:
“37.2.1-1. baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır;”;
1.2. 44.1.3.3-cü maddədən “mühasibat balansları, mənfəət və zərərlər haqqında” sözləri çıxarılsın;
1.3. aşağıdakı məzmunda 78.9-cu maddə əlavə edilsin:
“78.9. Sığortaçı tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”;
1.4. 91.2-ci maddəyə “malik olmalıdır” sözlərindən sonra “, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır” sözləri əlavə edilsin;
1.5. 100.1.1-ci maddədə “mühasibat sənədlərini, o cümlədən ilkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, kitablarını, jurnallarını” sözləri “mühasibat uçotu sənədlərini” sözləri ilə əvəz edilsin.
Maddə 2. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 72; 2013, № 7, maddə 789; 2014, № 10, maddə 1160; 2016, № 3, maddə 407, № 4, maddə 641; 2017, № 12 (I kitab), maddə 2228; 2018, № 5, maddə 844, № 6, maddə 1171; 2019, № 1, maddə 32) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 8.2-ci maddənin ikinci cümləsinə “malik olmalıdır” sözlərindən sonra “, baş mühasib və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 20.4-cü maddə əlavə edilsin:
“20.4. BOKT tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarəti maliyyə bazarlarına nəzarət orqanı həyata keçirir.”.
Maddə 3. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 950; 2014, № 10, maddə 1161; 2015, № 11, maddə 1261; 2016, № 3, maddə 412, № 4, maddə 642, № 12, maddə 2002; 2017, № 11, maddə 1952, № 12 (I kitab), maddə 2225; 2018, № 7 (I kitab), maddə 1394; 2019, № 1, maddə 33) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 24.4.3-cü maddədə “maliyyə” sözü “mühasibat” sözü ilə əvəz edilsin;
3.2. 30.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“30.2. İnvestisiya fondları və onların idarəçiləri “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna uyğun olaraq mühasibat uçotunu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edirlər.”;
3.3. aşağıdakı məzmunda 40.2-1-ci maddə əlavə edilsin:
“40.2-1. Səhmdar investisiya fondunun və idarəçinin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.”;
3.4. 46.20.2-ci maddədə “mühasibat balansı” sözləri “maliyyə hesabatları” sözləri ilə əvəz edilsin;
3.5. aşağıdakı məzmunda 48.1.13-1-ci maddə əlavə edilsin:
“48.1.13-1. investisiya fondları və onların idarəçiləri tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarət edilir;”.
Maddə 4. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189) aşağıdakı məzmunda 63.2-1-ci və 83.0.10-1-ci maddələr əlavə edilsin:
“63.2-1. Lisenziyalaşdırılan şəxslərin baş mühasibi və ya bu vəzifələri icra edən şəxs peşəkar mühasib olmalıdır.”;
“83.0.10-1. qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər tərəfindən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin təmin edilməsinə nəzarət etmək;”.
Maddə 5. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1230) 6.1-ci maddəsində “mühasibat sənədləri” sözləri (hər iki halda) “mühasibat uçotu sənədləri” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 may 2019-cu il.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ramazan bayramı münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan, Sizə cansağlığı və səadət, xalqınıza sərhədsiz tərəqqi və...
02 aprel 2025, 20:47Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və ailənizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Mənəvi yüksəliş...
02 aprel 2025, 18:25Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Ramazan bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə və xalqınıza cansağlığı, firavanlıq, xeyir-bərəkət arzu...
02 aprel 2025, 18:23Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.
Allah-Taaladan Sizə cansağlığı, xoşbəxtlik və...
02 aprel 2025, 18:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Ramazan bayramı münasibətilə Əfqanıstan İslam Əmirliyi və ölkənin müsəlman xalqı adından Zati-alinizə və...
02 aprel 2025, 18:00Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.
Dünya müsəlmanlarının böyük bayramı olan Ramazan bayramı münasibətilə Zati-alinizi və Azərbaycan xalqını...
02 aprel 2025, 16:44Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.
Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost...
02 aprel 2025, 16:37Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri Prezident İlham Əliyev.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırmaqdan...
02 aprel 2025, 16:24Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ...
02 aprel 2025, 16:24Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) adından Zati-alinizi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir, Sizə xoş...
02 aprel 2025, 16:22Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
Sizi, ailənizi və bütün Azərbaycan xalqını Şimali Kipr Türk Cümhuriyyətinin xalqı adından və şəxsən öz adımdan Novruz və Ramazan bayramları...
02 aprel 2025, 16:20