18:08
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...
07 noyabr 2024, 18:08Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 684; 2011, № 2, maddə 70; 2014, № 1, maddə 3; 2015, № 11, maddə 1266; 2016, № 1, maddə 41, № 11, maddə 1766; 2017, № 2, maddə 145, № 5, maddə 691, № 7, maddələr 1277, 1300, № 12 (I kitab), maddə 2202; 2018, № 7 (I kitab), maddələr 1381, 1409, № 11, maddə 2208) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.6-cı, 1.0.6-1-ci, 29.0.29-cu, 29.0.43-cü və 33.3.9-cu maddələrə, 36-2-ci maddənin adına, 36-2.1-ci, 36-2.2-ci və 36-2.4-cü maddələrə “ümumi təhsil” sözlərindən sonra “və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə)” sözləri əlavə edilsin.
2. 1.0.40-cı maddəyə “orta ixtisas” sözlərindən əvvəl “yüksək texniki peşə təhsili səviyyəsində və” sözləri əlavə edilsin.
3. 2-ci maddəyə “Məktəbəqədər təhsil haqqında” sözlərindən sonra “, “Peşə təhsili haqqında” sözləri əlavə edilsin və həmin maddədə “Qanunundan” sözü “qanunlarından” sözü ilə əvəz edilsin.
4. 14.5.4-cü maddədə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə və “və tədris mərkəzləri (kompleksləri)” sözləri “mərkəzləri” sözü ilə əvəz edilsin.
5. 14.8-1-ci maddədə “və orta ixtisas” sözləri “, orta ixtisas və peşə” sözləri ilə əvəz edilsin.
6. 17.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“17.1.3. Peşə təhsili:
17.1.3.1. ilk peşə təhsili;
17.1.3.2. texniki peşə təhsili;
17.1.3.3. yüksək texniki peşə təhsili.”.
7. 19.6-cı, 29.0.25-ci və 35.2-ci maddələrdə “ilk peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin.
8. 20-ci maddənin adında və 20.3-cü maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin.
9. 20.1-ci maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin və həmin maddədən “sənətlər və kütləvi” sözləri çıxarılsın.
10. 20.2-ci maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə, “asılı olmayaraq” sözlərindən sonrakı “peşə-ixtisas” sözləri “peşə” sözü ilə əvəz edilsin və həmin maddədən “və məzunlara müvafiq istiqamətlər üzrə ilk peşə-ixtisas dərəcələrinin verilməsi ilə başa çatır” sözləri çıxarılsın.
11. Aşağıdakı məzmunda 20.2-1-ci və 20.2-2-ci maddələr əlavə edilsin:
“20.2-1. Peşə təhsilinin səviyyələri aşağıdakılardır:
20.2-1.1. ilk peşə təhsili;
20.2-1.2. texniki peşə təhsili;
20.2-1.3. yüksək texniki peşə təhsili.
20.2-2. İlk peşə təhsilini bitirən məzunlara ilk, texniki peşə təhsilini bitirən məzunlara texniki, yüksək texniki peşə təhsilini bitirən məzunlara isə subbakalavr peşə-ixtisas dərəcəsi verilir.”.
12. 20.4-cü maddədə “İlk peşə-ixtisas” sözləri “Peşə” sözü ilə əvəz edilsin, həmin maddəyə “qəbul olunanlar” sözlərindən sonra “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,” sözləri əlavə edilsin.
13. Aşağıdakı məzmunda 20.5-ci maddə əlavə edilsin:
“20.5. Azərbaycan Respublikasında peşə təhsilinin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.”.
14. 29.0.9-cu maddədən “şagird və” sözləri çıxarılsın.
15. 32.3.14-cü maddədə “peşə-ixtisas təhsili pilləsində” sözləri “ixtisas təhsili pilləsində, peşə təhsili” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2019-cu il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...
07 noyabr 2024, 18:08Azərbaycan Respublikası Prezidentinin
2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
3. “Azərbaycan Xəzər...
07 noyabr 2024, 18:06Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...
07 noyabr 2024, 18:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
07 noyabr 2024, 18:02Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Polkovnik Azər Aydın oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının...
07 noyabr 2024, 17:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:
“general-polkovnik” ali...
07 noyabr 2024, 17:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova “ədliyyə...
07 noyabr 2024, 17:08Hörmətli xanım Prezident,
Moldova Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan-Moldova münasibətlərinin və əməkdaşlığının bugünkü inkişaf dinamikası məmnunluq...
07 noyabr 2024, 16:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...
07 noyabr 2024, 12:32Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...
07 noyabr 2024, 12:30Hörmətli cənab Prezident,
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir....
07 noyabr 2024, 12:28