logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sübhan Şirinov və başqalarından, İsmayıllı, Azərbaycan

Text size icon-size icon-size

21 may 2019, 12:20

Möhtərəm cənab Prezident.

Biz - İsmayıllı rayonunun Qalacıq kəndinin sakinləri dövlətimizin bizə olan diqqət və qayğısını həmişə üzərimizdə hiss etmişik. Bir müddət əvvəl camaatımız kəndimizə verilmiş təbii qazdan böyük sevinclə istifadə etməyə başlayıb. Bu yaxınlarda isə biz qalacıqlılar daha bir sevincli gün yaşadıq. Bu sevincə səbəb isə kəndimizin girişindəki qəzalı körpünün əsaslı təmirindən sonra açılışı idi.

Cənab Prezident, bütün bu işlərə və bizə göstərdiyiniz böyük diqqətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə cansağlığı, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

Şirinov Sübhan

Cavadov Ziya

İsmayılova Pəri

Mikayılov Adil və başqaları (Cəmi: 25 nəfər).

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalacıq kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi