logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Faiq Həsənəliyev və başqalarından, Gəncə Azərbaycan

Text size icon-size icon-size

20 may 2019, 17:40

Çox hörmətli cənab Prezident.

Hər zaman olduğu kimi, bu gün də Sizin qədim və ulu Gəncəyə böyük diqqət və qayğınızı görürük. Bu əvəzsiz qayğı şəhərimizin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərməkdədir.

Bu il imzaladığınız sərəncamlarla Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, Gəncəçay çayı üzərində körpülərin bərpası və şəhərimizdə digər işlərin görülməsi üçün vəsaitin ayrılması bütün gəncəlilərin sevincinə səbəb olub.

Hər zaman olduğu kimi, bu gün də, sabah da Sizinləyik, cənab Prezident! Gəncəyə göstərdiyiniz diqqət və qayğıya görə Sizə əbədi minnətdarıq.

Hörmətlə,

Həsənəliyev Faiq Camal oğlu

Qasımova Mehriban Sahib qızı

Quliyev Vidadi Əli oğlu

Hüseynov Valeh Məmməd oğlu

Alıyev Elçin Alı oğlu

Qurbanova Nəzmiyə Nürəddin qızı

Əliyeva Elmira Hümmət qızı və başqaları (Cəmi: 22 nəfər).

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi