logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Əsmət Əhmədovadan, Tovuz, Azərbaycan

Text size icon-size icon-size

20 may 2019, 17:15

Möhtərəm cənab Prezident.

Bankdan dollarla kredit götürmüşdüm. Devalvasiyadan sonra həmin krediti çox çətinliklə ödədim. Problemli kreditlərə görə kompensasiyaların verilməsi haqda xəbər məni çox sevindirdi. Bankdan bildiriş gələndə ki, gəlin kompensasiyanızı alın, Sizə çoxlu dua etdim. Bütün ailəmiz Sizə minnətdardır.

Siz hər zaman hər bir azərbaycanlının Prezidenti olduğunuzu öz xeyirxah əməllərinizlə sübut etmisiniz. Bu məsələdə də dövlətimiz, Prezidentimiz yenə öz vətəndaşının yanında oldu, vətəndaşına dəyən ziyanı ödədi. Çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Əhmədova Əsmət Tapdıq qızı.

Azərbaycan Respublikası, Tovuz rayonu, Aşağı Öysüzlü kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi