logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Pənah Abdullayev və başqalarından, Qobustan, Azərbaycan

Text size icon-size icon-size

20 may 2019, 12:25

Möhtərəm cənab Prezident.

Qobustan-Poladlı avtomobil yolunun açılması biz kənd sakinlərinə böyük töhfədir. Uzun illər arzusunda olduğumuz yolun açılmasına və bu əlamətdar tədbirdə iştirak etdiyinizə görə kəndimizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

İndiki dövrdə rahat avtomobil yolu kənd və qəsəbələrin sosial-iqtisadi inkişafında mühüm rol oynayır. Biz də inanırıq ki, bu yolun istifadəyə verilməsi kəndimizə yeni həyat bəxş edəcəkdir.

Allah yolunuzu hər zaman açıq etsin, cənab Prezident!

Hörmətlə,

Abdullayev Pənah Sahbcan oğlu,

Qabilova Ağagül Ağayar qızı,

Babayeva Sahibə Əlibaba qızı.

Azərbaycan Respublikası, Qobustan rayonu, Yekəxana kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi