logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qara Ələkbərovdan, Tovuz, Azərbaycan

Text size icon-size icon-size

17 may 2019, 16:45

Çox hörmətli cənab Prezident.

Tovuzun Kirən, Xınnakirən, Hacıhəsənli, Molla Ayrım, Sofular, Xatıncan, Qalaboyun, Baqqallı və Saladınlı kəndləri rayonun dağlıq hissəsində yerləşir. Bu kəndlərin avtomobil yolu çox yararsız vəziyyətdə idi. Kənd sakinləri rayon mərkəzinə gedib-gəlmək üçün saatlarla vaxt itirməli olurdular. Çox şadıq ki, Sizin tapşırığınızla 31 kilometr uzunluğunda Əsrik Cırdaxan-Kirən-Baqqallı kəndlərarası avtomobil yolu əsaslı təmir edildi və bu kəndlərin sakinlərini narahat edən problem öz həllini tapdı.

Əziz Prezidentimiz, olduqca çətin relyefdə yerləşən ucqar dağ kəndlərinə yüksək keyfiyyətli və rahat avtomobil yollarının çəkilməsi Sizin həmin kəndlərdə yaşayan vətəndaşlara olan diqqətinizdən və möhkəm iradənizdən irəli gəlir. Bizə göstərdiyiniz diqqət və qayğınıza görə Sizə minnətdarlığımızı bildirir və “Çox sağ olun!“ deyirik.

Böyük ehtiramla,

Ələkbərov Qara Əkbər oğlu.

Azərbaycan Respublikası, Tovuz rayonu, Kirən kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi