Mahir Məmmədovdan, Naxçıvan, Azərbaycan


17 may 2019, 14:00
Hörmətli Prezident cənab İlham Əliyev.
Problemli kreditlərin həlli ilə bağlı 2019-cu il 28 fevral tarixli Fərmanınıza əsasən, devalvasiya nəticəsində mənə dəymiş maddi ziyana görə kompensasiya hesablanıb. Artıq ödənişimin məbləği hesablandı və bank tərəfindən qısa müddətdə kartıma köçürüldü.
Devalvasiya nəticəsində kredit borcu olan şəxslərə dəymiş ziyanın aradan qaldırılması çox mötəbər və savab iş olmaqla yanaşı, həm də dövlətin öz vətəndaşına olan qayğıkeş münasibətini təcəssüm etdirir.
Cənab Prezident, buna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin sosialyönümlü tədbirlərinizi bir vətəndaş olaraq alqışlayıram. Allah Sizi ürəyinizdəki arzulara çatdırsın.
Hörmətlə,
Məmmədov Mahir Yaqub oğlu.
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.