logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Tahir Bəşirovdan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

16 may 2019, 16:50

Hörmətli cənab Prezident.

Son vaxtlar şəhərimizdə və onun qəsəbələrində görülən tikinti-quruculuq və abadlıq işlərinə görə Sizə minnətdarlığımızı bildiririk.

Sizin tapşırığınız əsasında həyata keçirilən bu işlər sakinlərdə xoş ovqat, nikbin baxışlar formalaşdırır. Şəhərimizin bir neçə küçəsi və məhəlləsi yenidəqurma işlərindən sonra əhalinin ixtiyarına verilib. Bu küçə və məhəllələr əsl nümunəvi görkəmə sahibdir. Xüsusilə qeyd etmək istəyirik ki, məhəllələrdə gələcəyimiz olan uşaqlar üçün əyləncə mərkəzlərinin yaradılması hər birimizi qəlbən sevindirir.

Əziz Prezidentimiz, sakinlər adından bir daha Sizə dərin təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Həyatınız hər zaman firavan olsun.

Hörmətlə,

Bəşirov Tahir Valeh oğlu

Nəsibov Oruc Nəsib oğlu

Ədili Əli Əşrəf oğlu

Əzizova Almas Məhəmməd qızı

Ağakişiyeva Ülviyyə Musa qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi