Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan


14 may 2019, 15:00
Möhtərəm cənab Prezident.
Mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə və mükafatlarına layiq görülməsi ilə əlaqədar olaraq Sizə Azərbaycan Teatr Xadimləri İttifaqının çoxsaylı üzvləri adından və şəxsən öz adımdan dərin minnətdarlığımı bildirirəm.
Siz ümummilli liderimiz Heydər Əliyevin mədəniyyətlə bağlı siyasətini uğurla davam etdirərək çoxsaylı humanist addımlarınızla milli mədəniyyətimizə sədaqətlə xidmət edən sənət adamlarını daha əzmlə işləməyə ruhlandırırsınız.
Mədəniyyət xadimlərinə verdiyiniz yüksək dəyərə görə Sizə bir daha dərin təşəkkürümü bildirir, Azərbaycanımızın yüksəlişi naminə çətin, məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram. Sizi əmin edirəm ki, Azərbaycanın teatr xadimləri Sizin ətrafınızda hər zaman sıx birləşərək, Vətənimizin inkişafı naminə şərəfli yolda Sizinlə birgə addımlayacaqlar.
Dərin ehtiramla,
Nemətov Azər Paşa, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.