logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İvtixar Piriyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

13 may 2019, 17:15

Möhtərəm cənab Prezident,

Siz, ulu öndərimiz, fenomen insan, tarixin yetişdirdiyi böyük siyasi xadim Heydər Əliyevin nurlu yolunun davamçısı kimi bütün idrak və əzminizlə xalqın xoşbəxtliyinə xidmət edirsiniz.

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Sərəncamınız mədəniyyət və incəsənət xadimləri üçün böyük töhfə oldu. Təltif olunanlar arasında mənim adımın olması fəaliyyətimə göstərilən əvəzsiz qayğıdır.

Bu mötəbər qayğıya görə Zati-alinizə dərin minnətdarlıq bildirirəm. Daim var olun.

Mən bütün ruhumla Heydər Əliyev yolunun yolçusuyam və heç bir qüvvə məni bu yoldan döndərməyə qadir deyil. Sizin nurlu fəaliyyətiniz məni öz peşəm və ictimai fəaliyyətimdə daha uğurlu zirvələr fəth etməyə ruhlandırır. Bu yolda fasiləsiz olaraq çalışacağıma Sizi əmin edirəm.

Hörmətlə,

Piriyev İvtixar

İrəvan Dövlət Dram Teatrının bədii rəhbəri.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi