“Hakimlərin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 167 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
14 oktyabr 2011, 18:05
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Hakimlərin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 167 nömrəli Fərmanını “Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 153-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Hakimlərin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 167 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 429; 2000, № 1, maddə 28) 1-ci hissəsinin ikinci abzası ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2011-ci il.