“Azərbaycan Respublikası məhkəmələri hakimlərinin xidməti vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 249 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
14 oktyabr 2011, 18:00
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin xidməti vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 249 nömrəli Fərmanını “Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli 153-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikası məhkəmələri hakimlərinin xidməti vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 249 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 28; 2006, № 7, maddə 593; 2007, № 9, maddə 867) 1-ci hissəsi ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2011-ci il.