logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Novruz Həsənov və Alim Əsgərovdan, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

09 may 2019, 12:35

Hörmətli cənab Prezident.

Son illər ərzində rayonumuzda və onun kəndlərində geniş abadlıq-quruculuq işləri həyata keçirilməkdədir. Bu işlərin içərisində avtomobil yolları xüsusi yer tutur. Yaşadığımız Güləbatlı kəndini qonşu kəndlərlə birləşdirən əsas avtomobil yolunun inşası bizim ürəyimizcə oldu. Bu yolun kəndimizin sosial-iqtisadi inkişafına yeni təkan verəcəyi şübhəsizdir.

Əziz Prezidentimiz, kəndimizin əsas avtomobil yolunun əsaslı təmirinə və kəndimizdə həyata keçirilən digər abadlıq-quruculuq işlərinə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Uca Tanrı hər zaman yolunuza işıq salsın, işlərinizi avand etsin.

Hörmətlə,

Həsənov Novruz Mehralı oğlu

Əsgərov Alim Yusif oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu, Güləbatlı kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi