Əbülfəz Hüseynov və başqalarından, Füzuli, Azərbaycan


08 may 2019, 11:55
Hörmətli cənab Prezident.
Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası və şəxsi nəzarəti ilə keçirilən uğurlu hərbi əməliyyat sayəsində vaxtilə yağı düşməndən geri alınan Horadiz bu illər ərzində demək olar ki, yenidən qurulub. Əvvəllər qəsəbə olan bu yaşayış məntəqəsi sonradan şəhər statusu aldı. Elə indiki görkəmi də Horadizi əsl şəhərə bənzədir. Biz bu kiçik şəhərin sakinləri olmağımızla fəxr edirik.
Cənab Prezident, Horadizin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Sizin əməyiniz çox böyükdür. Biz bunu heç vaxt unuda bilmərik.
Şəhərimizdə quruculuq işlərinin davam etdirilməsindən çox razıyıq. Müvafiq Sərəncamınızla su təchizatı sisteminin yenidən qurulmasına vəsait ayırdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Hüseynov Əbülfəz Şirindil oğlu
Hacıyev Tehran Əziz oğlu
Əliyeva Fəridə Əli qızı
Verdiyev Hikmət Ərşad oğlu
Abbasov Elxan Dünyamalı oğlu və başqaları (cəmi: 38 nəfər).
Azərbaycan Respublikası, Füzuli rayonu, Horadiz şəhəri.