logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Məhəddin Əhmədovdan, Ağdam, Azərbaycan

Text size icon-size icon-size

07 may 2019, 19:30

Hörmətli cənab Prezident.

Biz Ağdam rayonunun cəbhə xəttinə yaxın yerləşən Əfətli kəndinin sakinləriyik. Son illər ərzində kəndimizin abadlaşması üçün dövlətimiz tərəfindən bir çox işlər görülüb. Məktəb binalarının tikilməsini, yolların çəkilməsini, Qarabağ müharibəsi şəhidləri üçün ucaldılmış abidənin əsaslı təmirini bunlara misal göstərmək olar. Düşmən atəşindən zərər çəkmiş evlərdə əsaslı təmir işlərinin aparılmasını da fərəhlə qeyd edirik.

Bundan əlavə, kənd sakinlərinin Qarqarçayın suyundan istifadə etmələri üçün ötən ay çayın kənd ərazisindən keçən hissəsində 3 yerdən bənd vurulub. Həmçinin pay torpaqlarımızın suvarılması üçün nəzərdə tutulmuş su arxları təmizlənib. Bütün bunların sayəsində artıq həvəslə əkib-becəririk.

Cənab Prezident, kəndimizdə görülən bütün bu işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizə cansağlığı, uzun ömür, daha böyük müvəffəqiyyətlər arzulayırıq. Ulu Tanrı Sizi qorusun.

Kənd sakinləri adından hörmət və ehtiramla,

Əhmədov Məhəddin Əhəd oğlu

Əliyev Azər Şəmməd oğlu

Əsədov Nazim Qaçay oğlu

Həsənov Vahid Alı oğlu

Həsənov Mobil Mirzalı və başqaları.

Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi