Bəylər Həsənovdan, Astara, Azərbaycan


07 may 2019, 14:45
Çox hörmətli cənab Prezident.
Xalqımızın sosial rifahının yaxşılaşdırılması üçün gördüyünüz işləri alqışlayırıq. 2019-cu il bu baxımdan xüsusilə əlamətdardır. Demək olar ki, bütün kateqoriyalardan olan insanların həyatında müsbət dəyişikliklər baş verir. Əhalinin maddi durumu, sosial və kommunal xidmətlərlə təminatı daha da yaxşılaşdırılır.
Bir neçə gün bundan əvvəl təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş qərar bizi bir daha sevindirdi. Təbii qazdan istifadəyə görə limitin artırılması ölkə vətəndaşlarına göstərilən qayğının davamıdır.
Möhtərəm Prezident, Sizə dərin təşəkkürümüzü bildiririk. Ocağınız daim yanar olsun, evinizdən sevinc və firavanlıq əskik olmasın.
Hörmətlə,
Həsənov Bəylər İsrafil oğlu
Azərbaycan Respublikası, Astara rayonu, Maşxan kəndi.