logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Şəlalə Ağayevadan, Lerik, Azərbaycan

Text size icon-size icon-size

07 may 2019, 13:10

Hörmətli cənab Prezident.

Mən ali məktəbi bitirdikdən sonra işlə təmin olunmağım üçün müraciət etmişdim. Məni işaxtaran kimi qeydiyyata almışdılar və ixtisasıma uyğun boş iş yeri yaranan kimi işlə təmin olunacağıma söz vermişdilər. Yaşadığım Lerik rayonunun Siyov kəndində uşaq bağçasının müdiri vəzifəsi vakant olduğu üçün bu ilin aprel ayında həmin vəzifəyə təyin edilmişəm. Sevincimin həddi-hüdudu yoxdur.

Ali təhsilli gənclərə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı bizi daha da ruhlandırır. Mənə göstərilən etimadı doğrultmaq, gələcəyimiz olan uşaqların təlim-tərbiyəsini yüksək səviyyədə təşkil etmək, onların vətənpərvər ruhda böyüməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Möhtərəm Prezident, bizə bu sevinc hisslərini yaşatdığınız üçün şəxsən öz adımdan və ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Ağayeva Şəlalə Mehman qızı.

Azərbaycan Respublikası, Lerik rayonu, Siyov kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi