Elçin Nəsirovdan, Ağdam, Azərbaycan
Text size


06 may 2019, 13:00
Çox hörmətli cənab Prezident.
Bizim evimiz erməni işğalçıları tərəfindən atılan mərmilər nəticəsində ciddi zədələnmişdi. Sizin məlum sərəncamınızdan sonra evimizə baxış keçirildi və bərpasına başlanıldı. Hazırda evimiz tam bərpa olunmuşdur.
Cənab Prezident, bütün bu görülən işlərə görə Sizə və Mehriban xanıma ailəm adından minnətdarlığımı bildirir və “çox sağ olun!” deyirəm. Mən Qarabağ müharibəsi veteranı və şəhid qardaşı kimi Sizinlə qürur duyuram. Fəxr edirəm ki, cənab İlham Əliyev kimi Prezidenti olan dövlətin vətəndaşıyam. Allah Sizi qorusun!
Hörmətlə,
Nəsirov Elçin Əli oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Sarıcalı kəndi.