İbrahim Şıxməmmədovdan, Balakən, Azərbaycan


06 may 2019, 12:45
Möhtərəm cənab Prezident.
Sizin məqsədyönlü tədbirləriniz, xalqın rifahının yaxşılaşmasına və ölkəmizin inkişafına yönəldilmiş dərin məzmunlu islahatlarınız hər bir Azərbaycan vətəndaşının qəlbində qürur hissi oyadır. Həyata keçirilən sosial islahatlar, xalqla sıx təmasda olmağınız, vətəndaşları şəxsən dinləməyiniz və müraciətlərini qəbul etməyiniz məni çox sevindirir. Sizin bu siyasətiniz məni və mənim kimi minlərlə gənci daha da ruhlandırır.
Allah Sizə həmişə möhkəm cansağlığı qismət etsin. Ölkəmiz daim inkişaf etsin, respublikamızda hər zaman əmin-amanlıq olsun. Biz pis gündə də, yaxşı gündə də Sizə dəstəyik, cənab Prezident. Uğurlarınızın davamlı olmasını diləyirəm.
Hörmətlə,
Şıxməmmədov İbrahim Şıxməmməd oğlu
Azərbaycan Respublikası, Balakən rayonu, Qullar kəndi.