logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ayşən Qiyaslıdan, Ağcabədi, Azərbaycan

Text size icon-size icon-size

06 may 2019, 12:00

Möhtərəm cənab Prezident.

Sizin Sərəncamınıza əsasən ali təhsil müəssisələrinin yüksək bal toplayan tələbələri üçün dövlət vəsaiti hesabına əlavə təqaüd yerlərinin ayrılması biz tələbələr tərəfindən böyük məmnunluq hissi ilə qarşılanmışdır. Tələbələrin maddi rifah halının yüksəlməsinə xidmət edən bu Sərəncamınız milli təhsilimizə göstərdiyiniz davamlı diqqət və qayğının bariz nümunəsidir. Biz tələbələr Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənir və daim dəstəkləyirik.

Cənab Prezident, Sizə və ailənizə cansağlığı, Azərbaycanımızın daha da tərəqqisi naminə yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Qiyaslı Ayşən Şahin qızı,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

Ağcabədi filialının 2-ci kurs tələbəsi.

Azərbaycan Respublikası, Ağcabədi rayonu, Salmanbəyli kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi