logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xuraman Abdullayevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

04 may 2019, 12:50

Möhtərəm Prezident, cənab Ali Baş Komandan

Ümummilli lider Heydər Əliyevin irsinin layiqli davamçısı olduğunuzu hər humanist addımınızda sübuta yetirirsiniz. Dövlətimizin başçısı kimi xalqımıza göstərdiyiniz diqqət və qayğı Azərbaycan vətəndaşlarının Sizə olan hörmət və ehtiramını daha da artırır.

Bu gün Sizə müraciət etməklə sonsuz minnətdarlığını bildirmək istəyən bir Azərbaycan ziyalısının, bir ananın sevinc dolu səmimi sözləri məhz humanist, insanpərvər siyasətinizin bəhrəsidir.

Cənab Prezident, hamımız Ulu Öndər yolu ilə gedərək, azərbaycanlı olmağımızla qürur duyaraq xalqımıza xidmət edirik. Uca Yaradandan Sizə cansağlığı diləyir, ailəmizin simasında bütün Azərbaycan xalqı adından Sizə təşəkkürümü bildirirəm. Tanrı Sizi və Sizin kimi qeyrətli Vətən oğullarını qorusun.

Hörmətlə,

Abdullayeva Xuraman Arif qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi