Vaqif Məmmədovdan, Bakı, Azərbaycan


03 may 2019, 13:50
Möhtərəm cənab Prezident.
Sizin milli və mənəvi dəyərlərə verdiyiniz önəmi təkcə Azərbaycan Respublikasının vətəndaşları deyil, bütün dünya azərbaycanlıları və ölkəmizi sevən hər kəs yüksək qiymətləndirir. Sizin tərəfinizdən həyata keçirilən və Azərbaycan xalqı tərəfindən dəstəklənən nümunəvi humanist siyasətin davamlı olmasını arzulayırıq. Zati-alilərinizin və Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın bu müstəvidə atdığı addımları, mədəniyyətlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri təqdir edirəm.
Siz Azərbaycan xalqının xilaskarı, ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq insanların qeydinə qalırsınız. Ordu sıralarından yenicə dönmüş oğlumun işlə təmin olunması ölkə rəhbərliyinin hər bir azərbaycanlıya olan qayğısının bariz nümunəsidir.
Cənab Prezident, Sizə təşəkkürümü bildirir, uzun ömür, cansağlığı, Azərbaycan dövlətinə və xalqına tərəqqi və rifah arzulayıram. Ümidvaram ki, Qarabağ problemi beynəlxalq hüququn normaları çərçivəsində, sülh yolu ilə tezliklə öz ədalətli həllini tapacaqdır. Əks halda, əmriniz olacağı təqdirdə, bir əsgər kimi oğlumla birlikdə Vətən üçün döyüşməyə hazırıq. Əminəm ki, Uca Yaradanın köməyi və Sizin rəhbərliyinizlə Azərbaycan dünya miqyasında daha böyük uğurlara imza atacaq, haqq qalibiyyəti Zati-alilərinizlə olacaqdır.
Allah hər zaman yardımçınız olsun.
Hörmətlə,
Məmmədov Vaqif İbadulla oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi.