İlham Əliyev Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
14 oktyabr 2011, 15:00
Prezident İlham Əliyev Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görmezin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dini-mənəvi dəyərlərlə bağlı ölkəmizdə bir sıra beynəlxalq tədbirlərin, o cümlədən ötən il Dünya Dini Liderlərinin Bakı Sammitinin yüksək səviyyədə keçirildiyini qeyd edən dövlətimizin başçısı əməkdaşlığın genişlənməsində bu cür tədbirlərin önəmini vurğuladı. Prezident İlham Əliyev Türkiyə Respublikasının Diyanət İşləri Başqanı Mehmet Görmezin Azərbaycana səfərinin bu sahədə əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini dedi.
Diyanət İşləri Başqanı Mehmet Görmez Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Sonuncu dəfə beş il əvvəl Bakıya səfər etdiyini deyən qonaq ötən dövr ərzində ölkəmizdə çox yüksək inkişafın şahidi olduğunu qeyd etdi.
Dövlət başçısı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün və Baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.