logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Dilavər Əlizadədən, Sumqayıt, Azərbaycan

Text size icon-size icon-size

02 may 2019, 12:55

Hörmətli cənab Prezident.

Hər birimizə yaxşı məlumdur ki, bir milyondan artıq qaçqın və məcburi köçkünün yaşayış yeri ilə təmin olunması çox çətin bir işdir. Bunun üçün xeyli vəsait və zaman lazımdır. Dövlətimizin bu məsələni daim diqqətdə saxlaması, hər il yeni qəsəbələr salınması, öz doğma ocaqlarından didərgin düşmüş minlərlə insanın mənzillə təmin edilməsi təqdirəlayiqdir. Belə qəsəbələrdən biri də ötən il Sumqayıt şəhərində salınmışdır. Mən də bir məcburi köçkün kimi həmin qəsəbədə mənzillə təmin olunmuşam.

Möhtərəm Prezident, mənzil-məişət şəraitimizin yaxşılaşdırılmasına görə ailəm adından Sizə dərin minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, işğal altındakı torpaqlarımız Sizin rəhbərliyinizlə azad olunsun və biz tezliklə o torpaqlara qayıdaq.

Hörmətlə,

Əlizadə Dilavər Arzuman oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi