logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yusif Nağıyev və başqalarından, Neftçala, Azərbaycan

Text size icon-size icon-size

01 may 2019, 16:15

Möhtərəm cənab Prezident.

Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən sosial siyasət nəticəsində Neftçala rayonunda da əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi sahəsində mühüm işlər görülür və bu, bizi çox sevindirir. Son dövrlər Sizin tərəfinizdən aparılan sosial islahatların bariz təzahürü kimi əməkhaqlarının, pensiya və müavinətlərin artırılması əhali arasında böyük rəğbət hissi ilə qarşılanır. Təqdirəlayiq haldır ki, dövlətimizin uşaqlara göstərdiyi yüksək diqqət və qayğı nəticəsində Neftçala rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Günərzi Qayğı Mərkəzi yaradılıb. Aztəminatlı ailələr olduğumuzdan bizim də övladlarımız həmin mərkəzdə müxtəlif sosial xidmətlərə cəlb ediliblər.

Möhtərəm cənab Prezident, uşaqlara və aztəminatlı ailələrə göstərdiyiniz belə yüksək diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildiririk. Allahdan Sizə uzun ömür, möhkəm cansağlığı, müvəffəqiyyətlər, xalqımızın xoşbəxt gələcəyi uğrunda ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Dərin hörmətlə,

Nağıyev Yusif Qulu oğlu

Əliyeva Rüfanə İlqar qızı

Salmanov Yəhya Nadir oğlu

İmanov Kamran Mugbil oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu, Kürkənd kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi