Qadir Salahovdan, Bakı, Azərbaycan


01 may 2019, 12:00
Hörmətli cənab Prezident.
Bir neçə il əvvəl baş vermiş məlum devalvasiyalar nəticəsində banklarla fiziki şəxslər arasında yaranmış problemli kreditlər insanları çox narahat edirdi. Bəzi şəxslər banka borclu qaldığı üçün, bəziləri də artıq ödəniş etdiyi üçün təəssüflənirdi. Ancaq Siz bütün bunlara son qoydunuz. Devalvasiya nəticəsində yaranmış əlavə borclar silindi, artıq ödənişlərin isə geri qaytarılmasına başlanıldı.
Əziz Prezidentimiz, çox sağ olun! Buna görə, Sizə öz minnətdarlığımızı bildiririk. Qarşıdan gələn müqəddəs Ramazan ayında Sizə və ailənizə dualar edəcəyik.
Hörmətlə,
Salahov Qadir Əli oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.