logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elsevər Xəlilovdan, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

30 aprel 2019, 17:10

Möhtərəm cənab Prezident.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu ilin fevral-mart aylarında bir-birinin ardınca verdiyiniz fərman və sərəncamlar hər birimizin ürəyincə oldu. Əməkhaqlarının, sosial müavinətlərin, pensiyaların, Prezident təqaüdlərinin artırılması milyonlarla insanın ailə büdcəsinə müsbət təsir göstərir. Problemli kreditlərin həlli ilə bağlı fərmanınız nə qədər ailəyə sevinc bəxş etmişdir. Yüz minlərlə insan, o cümlədən mən bu fərmandan yararlandım. Ötən həftə mənə 486 manat ödənildi.

Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Ömrünüz uzun, işləriniz uğurlu olsun!

Hörmətlə,

Xəlilov Elsevər Əli oğlu

Azərbaycan Respublikası, Tərtər rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi