Fatma Vəliyevadan, Salyan, Azərbaycan


30 aprel 2019, 14:00
Hörmətli cənab Prezident.
İlk növbədə, respublikamızda gördüyünüz misilsiz işlərə görə Salyanın Qarabağlı kəndinin sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Biz çox şadıq ki, Siz ulu öndərimiz Heydər Əliyevin siyasi kursuna, onun ənənələrinə sadiqsiniz. Çünki bu amil indiki uğurlarımızın əsasını təşkil edir. Biz bunu hər an görür və hiss edirik. Azərbaycanımız gündən-günə gözəlləşir, inkişaf edir. Salyan rayonunun Qarabağlı kəndində görülən işlər də təqdirəlayiqdir. Bu işlər içərisində Salyan-Qarabağlı yolunun əsaslı təmiri mühüm yer tutur. Sizin Sərəncamınız əsasında bu məqsədlə vəsait də ayrılıb.
Cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Xalqımız Sizə güvənir və gələcəyini Sizə etibar edib.
Hörmətlə,
Vəliyeva Fatma Qədir qızı.
Azərbaycan Respublikası, Salyan rayonu, Qarabağlı kəndi.