logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Elman Süleymanov və başqalarından, Tərtər, Azərbaycan

Text size icon-size icon-size

29 aprel 2019, 17:25

Hörmətli cənab Prezident.

Ataların bir məsəli var: “Abad kənd yolundan bəllidir”. Bizim kəndin yolu əvvəllər yaxşı vəziyyətdə deyildi. Çox əziyyət çəkirdik, işlərimizi vaxtında görüb yekunlaşdıra bilmirdik. Xüsusilə əkib-becərdiyimiz məhsulları bazara apararkən min bir əzaba qatlaşırdıq. Sarov-Borsunlu yolunun tikilməsi bizim həyatımıza yenilik gətirdi. Bu yol rahatlığımızı təmin etməklə yanaşı, heç şübhəsiz, insanlarda təsərrüfat işlərinə marağı daha da artıracaq, kəndimizin sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərəcəkdir.

Cənab Prezident, kənd sakinlərinə bu sevinci bəxş etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Yolunuz hər zaman açıq olsun.

Hörmətlə,

Süleymanov Elman

Həsənov Fuad

Qasımov Elşən

Cuğuyev Sahib

Həsənov Fuad

Abbasov İsgəndər.

Azərbaycan Respublikası, Tərtər rayonu, Sarov kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi