logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Qəndaf Əliyeva və Vəfa Qurbanovadan, Mingəçevir, Azərbaycan

Text size icon-size icon-size

26 aprel 2019, 18:00

Çox hörmətli cənab Prezident.

Bu gün respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də böyük canlanma müşahidə edilir. Ölkəmizin tarixən mühüm sənaye mərkəzlərindən sayılan Mingəçevirdə keçmiş sənaye ənənələri bərpa olunur, turizm sahəsinin inkişafı üçün mühüm tədbirlər həyata keçirilir.

Sizin Mingəçevirə olan qayğınız sayəsində şəhərimiz gündən-günə daha da gözəlləşir, yaşayış binalarında və onların həyətlərində abadlıq işləri görülür, nümunəvi məhəllələr yaradılır. Bu işlər bizim yaşadığımız binaları da əhatə edir.

Möhtərəm Prezident, biz hər zaman Sizə minnətdarıq. Allah ömrünüzü uzun eləsin.

Hörmətlə,

Əliyeva Qəndaf Cahan qızı,

Qurbanova Vəfa Heydər qızı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi