logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Atabəy Şükürzadədən, Bərdə, Azərbaycan

Text size icon-size icon-size

26 aprel 2019, 17:35

Hörmətli cənab Prezident.

Sizi Azərbaycanın qədim və dilbər guşələrindən biri olan Bərdədən salamlayıram. Ailəmi böyük bir çətinlikdən xilas etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm.

Bizim ailənin banka kredit borcu var idi. Sizin məlum fərmanınızdan sonra borcumuz silinmişdir. Bu addımınız bizi gündəlik qayğıdan qurtarmaqla yanaşı, ailəmizin gələcək maddi vəziyyətinə də müsbət təsirini göstərəcəkdir.

Möhtərəm Prezident, bir daha Sizə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram.

Hörmətlə,

Şükürzadə Atabəy Eldəniz oğlu

Azərbaycan Respublikası, Bərdə rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi