R.Cahangirov və başqalarından, Bakı, Azərbaycan


26 aprel 2019, 12:30
Hörmətli Cənab Prezident.
Biz Sizin Qarabağ müharibəsi əlilləri və veteranları ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atdığınız misilsiz addımların şahidi oluruq. Vaxtaşırı üzləşdiyimiz problemlərlə əlaqədar Sizə ünvanlıdığımız müraciətlər də öz müsbət həllini tapır.
Biz ticarətlə məşğul oluruq. Bir müddət əvvəl ticarət köşklərimizin iş prosesində problem yaranmışdı. Ümid mənbəyimiz olaraq yenə Sizə müraciət etməkdən başqa çıxış yolumuz qalmamışdı. Sizə ünvanladığımız müraciətdən sonra səlahiyyətli orqanlar dərhal işə qarışdı, problemin yaranma səbəbləri araşdırıldı və ticarət fəaliyyətimizin qarşısını alan mənfi hallar aradan qaldırıldı.
Yaranmış problemin Sizə müraciətimizdən dərhal sonra qısa zamanda öz həllini tapması Qarabağ müharibəsi əlillərinin və veteranlarının Zati-alinizə olan inam və etibarını daha da dərinləşdirdi. Azərbaycanımızın inkişafı üçün yorulmadan çalışdığınıza görə Sizə təşəkkürümüzü bildiririk.
Hörmətli cənab Prezident, biz fəxr edirik ki, ölkəmizin Sizin kimi müdrik, xalqının problemləri ilə yaxından maraqlanan və onları daim diqqətdə saxlayan dövlət başçısı var. Sizi əmin edirik ki, biz Qarabağ müharibəsi əlilləri və veteranları Sizin apardığınız daxili və xarici siyasətinizi dəstəkləyərək daim yanınızda olacağıq.
Hörmətlə,
Cahangirov R
Əhmədov V
İmanov B
Heybətov K
Səttərov C və başqaları (cəmi : 14 nəfər).
Azərbaycan Respublikası, Bakı şəhəri.