Emin Bayramov və başqalarından, Salyan, Azərbaycan


25 aprel 2019, 19:00
Möhtərəm cənab Prezident.
Respublikamızın bütün bölgələrində gedən sürətli inkişaf və quruculuq işləri məhz Sizin qayğınız və diqqətiniz nəticəsində baş verir. Xalq bu inkişafa görə çox sevinir. Bizim kəndimiz də gündən-günə gözəlləşir və inkişaf edir.
Salyan-Şirvan yolunun əsaslı təmirinin sürətlə aparılması yolboyu yerləşən 20-yə yaxın kənddən biri olan bizim Qarabağlı kəndinin sakinlərini də sevindirir. Kəndimizdə müasir tipli uşaq bağçasının tikintisinin başa çatması isə bu sevinci ikiqat artırır.
Cənab Prezident, bütün bu işlərə görə Qarabağlı kəndinin təhsil işçiləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Qarabağlı ziyalıları və kənd əhalisi Sizə işlərinizdə uğurlar arzulayır. Əmin olun ki, daim Sizin siyasətinizi dəstəkləyəcəyik.
Hörmətlə,
Bayramov Emin
Muradov R
Dadaşov F
Nuriyev R və başqaları (cəmi: 14 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu, Qaradağlı kəndi.