logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Namiq Musayevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

25 aprel 2019, 15:45

Möhtərəm cənab Prezident.

“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanınız ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Fərmanın icrası sahəsində də işlər çox gözəl qurulub və insanların rahatlığı tam nəzərə alınıb. Sizin tapşırığınız yüksək səviyyədə icra olunur. Mənə düşən kompensasiyanı bankdan 10 dəqiqə ərzində aldım.

Kredit borcumu çox çətinliklə ödəmişdim. Amma əmin idim ki, bir gün hörmətli Prezidentimiz bu problemi ən ədalətli şəkildə həll edəcək.

Sizin ölkədə apardığınız daxili və xarici siyasət biz gəncləri sabaha ruhlandır. Çox sağ olun, cənab Prezident! Allah köməyiniz olsun. Sizə və ailənizə möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Musayev Namiq Məhərrəm oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi