Nasir Quliyevdən, Ağdam, Azərbaycan


25 aprel 2019, 14:50
Möhtərəm cənab Prezident.
2018-ci ilin noyabr ayında Ağdama səfərinizdən sonra rayonun təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin şəraitinin yaxşılaşdırılması ilə əlaqədar imzaladığınız Sərəncam cəbhəyanı kəndlərin əhalisində yüksək əhval-ruhiyyə yaratdı.
Bizim evimiz də düşmən atəşi nəticəsində zərər çəkmişdi. Sizin Sərəncamınız əsasında evimizin bərpası artıq başa çatdırılıb. Evimiz dövlətimiz tərəfindən tam bərpa edilərək bizə təhvil verildi.
Əziz Prezidentimiz, bu diqqət və qayğınıza görə ailəmiz adından Sizə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram.
Allah Sizi qorusun.
Hörmətlə,
Quliyev Nasir Kərim oğlu.
Azərbaycan Respublikası, Ağdam rayonu, Evoğlu kəndi.