logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ağaqulu Ağaquliyev və başqalarından, Qusar, Azərbaycan

Text size icon-size icon-size

25 aprel 2019, 12:40

Möhtərəm cənab Prezident.

Qusar rayon sakinləri, o cümlədən Kənarçay kənd ictimaiyyəti Sizin siyasətinizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcəkdir. Son illər Azərbaycanımızın hər yerində olduğu kimi Qusar rayonunda da geniş inkişaf və çiçəklənmə dövrü başlamışdır. Qusarda aparılan quruculuq və abadlıq işləri rayonun simasını tamamilə dəyişdirmişdir. Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur yolunun tikintisi ilə əlaqədar imzaladığınız Sərəncam Kənarçay kəndinin, o cümlədən həmin yoldan istifadə edən 14 yaşayış məntəqəsinin sakinlərinin böyük sevincinə səbəb olmuşdur.

Sizin Qusar rayonuna, qusarlılara olan diqqət və qayğınızı daim hiss etmişik. Cibir-Həzrə-Mucuq-Sudur yolunun yenidən tikilməsi bir daha göstərir ki, Siz əhalinin rifah halının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız, hər bir bölgəyə daim diqqət yetirirsiniz. Həmin yolun bərpası bölgədə turizmin, kənd təsərrüfatının daha sürətli inkişafına stimul verəcəkdir.

Bir daha Kənarçay kəndinin ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, cansağlığı arzulayırıq. Azərbaycanın çiçəklənməsi, güclü dövlətə çevrilməsi yolunda Sizə uğurlar diləyirik.

Hörmətlə,

Ağaquliyev Ağaqulu Ərziman oğlu

Orduxanov Salman Ağagül oğlu

Binyatov Fərman Ramazan oğlu

Novruzbəyov Fair Musa oğlu

Qəhrəmanov Etibar Kərimxan oğlu və başqaları – cəmi 17 nəfər

Azərbaycan Respublikası, Qusar rayonu, Kənarçay kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi