İlham Əliyev Çinə işgüzar səfərə gəlib
Text size


24 aprel 2019, 06:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gəlib.
Pekin şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Çinin xarici işlər nazirinin müavini Can Hanhuy və digər rəsmi şəxslər qarşıladılar.