logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ələşrəf Həmzəyevdən, Gəncə, Azərbaycan

Text size icon-size icon-size

23 aprel 2019, 16:50

Möhtərəm cənab Prezident.

Sizin düşünülmüş və uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz gündən-günə inkişaf edir, bütün sahələrdə aparılan islahatlar qəlbimizi fərəh və qürur hissi ilə doldurur. Ölkə vətəndaşlarının güzəranının, maddi-rifah halının yüksəldilməsi məqsədilə atdığınız addımlar, onları narahat edən çətinliklərin aradan qaldırılmasına xüsusi diqqət və həssaslıqla yanaşmağınız bir daha təsdiq edir ki, xalq öz seçimində yanılmayıb. Xalq daim Sizin güclü sosial siyasətinizin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını görür və bunu rəğbətlə qarşılayır.

Mən I qrup əliləm. Sizin 2019-cu il 25 fevral tarixli Sərəncamınızla I qrup əlilliyi olan şəxslərə verilən Prezident təqaüdünün və sosial müavinətin məbləğinin artırılması bir çoxları kimi, məni də hədsiz sevindirdi.

Cənab Prezident, buna görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Həmzəyev Ələşrəf Hüseynəli oğlu, I qrup əlil.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi