logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Fətəli Hafizov və başqalarından, Qusar, Azərbaycan

Text size icon-size icon-size

23 aprel 2019, 13:00

Möhtərəm cənab Prezident.

Qusar rayonunun Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolunun tikintisi ilə əlaqədar imzaladığınız Sərəncam həmin yoldan istifadə edən bütün kəndlərin sakinlərinin, o cümlədən sudurluların böyük sevincinə səbəb olub. Bu, Sizin Qusar rayonuna, qusarlılara olan diqqət və qayğınızın növbəti təzahürüdür. Uzun illər idi ki, bu yol pis vəziyyətdə olduğundan əziyyət çəkirdik. Rayon mərkəzindən 62 kilometr uzaqlıqda yerləşən Sudur kəndinə yolun çəkilməsi dövlətimizin bizə olan qayğısının və onun iqtisadi gücünün artmasının göstəricisidir.

Cənab Prezident, Sərəncamınızla yol problemimizin həll olunmasına görə Sudur kəndinin ağsaqqalları adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun. Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə Sizə uğurlar diləyirik.

Hörmətlə,

Hafizov Fətəli Fəndi oğlu

Sadirov Ramiz Didar oğlu

Gülmətov Nemət Kamil oğlu

Osmanov Osman Müzəffər oğlu və başqaları (cəmi: 12 nəfər).

Azərbaycan Respublikası, Qusar rayonu, Sudur kəndi. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi