logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Ukraynanın yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Vladimir Zelenskiyə

Text size icon-size icon-size

22 aprel 2019, 18:00

Hörmətli cənab Zelenski,

Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2019-cu il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi