İaqo Kosiaşvili və başqalarından, Qax, Azərbaycan
Text size


22 aprel 2019, 16:10
Hörmətli cənab Prezident.
Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında Sərəncamınız bizi - Qax rayonun Qax İngiloy kəndində yaşayan gürcüləri hədsiz dərəcədə sevindirdi. Bu Sərəncam teatr sənəti ilə bərabər, respublikamızda yaşayan bütün millətlərin mədəniyyətlərinin inkişaf etdirilməsinə göstərdiyiniz diqqət və qayğının təzahürüdür.
Qax rayonunda yaşayan gürcülər adından Sizə minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı arzulayırıq.
Hörmətlə,
Kosiaşvili İaqo Qriqoriyeviç
Tamazaşvili Tina Elquçayevna
Topalaşvili Nador Nikoloyeviç.
Azərbaycan Respublikası, Qax rayonu, Qax İngiloy kəndi.