logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Sədayət Sultanovdan, Astara, Azərbaycan

Text size icon-size icon-size

19 aprel 2019, 12:40

Hörmətli cənab Prezident.

Ölkəmizin bütün regionlarında olduğu kimi, Astara rayonunda da infrastrukturun müasir standartlar səviyyəsində qurulması üçün verdiyiniz sərəncamlar Azərbaycan Respublikasının ümumi inkişafına bir töhfədir.

Rayonumuzun ucqar dağ kəndlərinin elektrik enerjisi ilə təchizatı barədə bu yaxınlarda imzaladığınız sərəncam da bu qəbildəndir. Bu, həm də onu göstərir ki, Siz heç kimi diqqətdən kənar qoymursunuz.

Möhtərəm Prezident, xalq gördüyünə dəyər verir. Sizin işləriniz göz qabağındadır. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Sultanov Sədayət Hidayət oğlu

Azərbaycan Respublikası, Astara rayonu, Ojakəran kəndi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi