logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Rəşid Məmmədovdan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

19 aprel 2019, 11:40

Möhtərəm cənab Prezident.

Azərbaycanın sadə bir vətəndaşı kimi Sizə minnətdarlıq bildirməyi özümə borc hesab etdim.

Bu gün, yaşadığım evin qapısından çıxıb harasa gedərkən əvvəlki dövrlərlə müqayisədə inkişafın, yeniliyin şahidi oluram. Ensiz yollarımız genişləndirilərək təmir olunur, yaşıllıqlar salınır, quruculuq işləri görülür. Bununla yanaşı, şəhid ailələrinə göstərilən qayğını, problemli kreditlərin həlli ilə bağlı verdiyiniz fərmanı da qeyd etmək istəyirəm. Saymaqla qurtarmaq bilməyən bu işləri görməmək, hiss etməmək mümkün deyil.

Möhtərəm Prezident, Allah Sizi bu xalqın başı üzərindən əskik etməsin!

Hörmətlə,

Məmmədov Rəşid Həbib oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi