Mətanət İsmayılova və başqalarından, Mingəçevir, Azərbaycan


18 aprel 2019, 12:30
Möhtərəm cənab Prezident.
Sizin ölkəmizə rəhbərliyiniz dövründə Mingəçevir şəhəri öz əvvəlki görkəmini saxlamaqla daha da gözəlləşib və abadlaşıb. Ölkəmizin sürətli və hərtərəfli inkişafının nəticəsində şəhərimizin sakinlərinin sosial rifahı gündən-günə yaxşılaşmaqdadır.
Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında bu yaxınlarda imzaladığınız Sərəncam bir daha bizi sevindirdi.
Cənab Prezident, Mingəçevir şəhərinə və mingəçevirlilərə göstərdiyiniz yüksək diqqət və qayğıya görə şəhər əhalisi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Qoy, Uca Tanrı günbəgün qüdrətlənən müstəqil Azərbaycanımızı, xalqımızı və Sizi qorusun.
Hörmətlə,
İsmayılova Mətanət,
Şahmuradova Həqiqət,
Mənsimov Firdovsi,
İsmayılova Gülsurə,
Namazova Gülşən,
Şükürov Ağasən,
Məmmədova Səadət və başqaları - cəmi 14 nəfər.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.