logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Dildar Maxsudovdan, Beyləqan, Azərbaycan

Text size icon-size icon-size

18 aprel 2019, 12:05

Hörmətli cənab Prezident.

Ölkəmizdə yaratdığınız sabitliyə, sülh və əmin-amanlığa görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu gün Azərbaycanın beynəlxalq arenada inkişaf etmiş ölkə kimi tanınması Sizin əziyyətinizin bəhrəsidir. Siz hər bir azərbaycanlının Prezidenti olaraq ölkə vətəndaşlarını daim diqqətdə saxlayır, onların problemlərinin həll olunmasını təmin edirsiniz. Beyləqana səfəriniz zamanı da rayon ictimaiyyətinin nümayəndələri və sadə vətəndaşlarla səmimi görüşdünüz, onların müraciətlərini, problemlərini dinlədiniz və hər kəsin probleminə xüsusi həssaslıqla yanaşdınız. Bir Azərbaycan vətəndaşı olaraq, bir daha Sizə öz təşəkkürümü bildirirəm.

Hörmətlə,

Maxsudov Dildar Hüseyn oğlu

Azərbaycan Respublikası, Beyləqan rayonu, Şərq qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi