Leyla Musayevadan, Bakı, Azərbaycan


17 aprel 2019, 12:15
Möhtərəm cənab Prezident.
Şəhid ailələrinə verilən 11 min manat məbləğində birdəfəlik ödəməni biz də aldıq. Buna görə ailəm adından Sizə təşəkkürümü bildirirəm.
Biz Sizinlə fəxr edirik. Ona görə ki, Siz xalqımızın qayğısına qalırsınız. Siz sosial məsələlərə böyük diqqət ayırmaqla yanaşı, bölgələrə tez-tez səfərlər edir, xalqla mütəmadi görüşlər keçirir, onların problemlərini öyrənərək həll edirsiniz. Axı, bundan yaxşı nə ola bilər?!
Əziz Prezidentimiz, biz vətəndaşlar hər zaman Sizə sığınır, Sizi özümüzə ümid yeri bilirik. Azərbaycan xalqının mənafeyini hər şeydən üstün tutduğunuza görə çox sağ olun. Biz Sizə inanır və güvənirik.
Hörmətlə,
Musayeva Leyla Salman qızı, şəhid ailəsinin üzvü, Ağdam rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi.