logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Eyvaz Mirzəliyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

17 aprel 2019, 11:55

Hörmətli cənab Prezident.

Mən bir vətəndaş olaraq fəaliyyətiniz dövründə, xüsusilə də cari ilin əvvəlində xalqımızın rifah halının yüksəlməsinə yönəlmiş fərman və sərəncamlarınızı alqışlayır, bütün bunlara görə Sizə minnətdarlıq etməyi özümə borc bilirəm.

Siz qayğıkeş və humanist dövlət başçısı olduğunuz üçün xalqımız tərəfindən sevilirsiniz. Bu qarşılıqlı gözəl münasibət Azərbaycanda xalq-iqtidar birliyinin əsasını təşkil edir.

Möhtərəm Prezident, Allahdan Sizə və ailənizə cansağlığı, xalqımızla birlikdə gözəl günlər arzu edirəm. Çox sağ olun.

Hörmətlə,

Mirzəliyev Eyvaz İbrahim oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi